Meşə müdirindən təklif: Odsuz piknik

Mersin Meşə Region direktoru Rifat Ataş sakinləri yanğın riskinə qarşı həssas olmağa çağıraraq: “Havalar isinir, yanğın mövsümü başlayıb. Biz vətəndaşlarımızın odsuz piknik etmələrini istəyirik" - deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aralıq dənizi bölgəsində temperaturun 40 dərəcəyə çatması ilə meşə yanğınları riski artarkən, son illərdə bölgədə baş verən yanğınlarda minlərlə hektar ərazi alovlara təslim olub.

Mersin Meşə Region direktoru Rifat Ataş xalqı həssas olmaları mövzusunda xəbərdar edib. Meşə yanğınlarının ağrılı nəticələri olduğunu bildirən Ataş insanlardan meşə yanğınlarına səbəb olacaq davranışlardan uzaq durmalarını istəyib.

Xüsusilə piknik edənlərə xəbərdarlıq edən Ataş deyib: “Yanğın mövsümü başladı. Bu il may bir az isti keçdi, iyun daha isti oldu. Yanğın mövsümü daha erkən başlayıb.

Vətəndaşlarımızdan xahiş edirik ki, bu müddətdə daha diqqətli olsunlar, meşə yanğınlarına yol verməsinlər. Bunun sonu fəlakətlə bitə bilər. Meşələrimizi və həyatımızı itiririk. İstəyirik ki, vətəndaşlarımız odsuz piknik keçirsinlər. Əgər buna nail ola bilmirlərsə, yandırdıqları odu söndürmədən qaldıqları yeri tərk etməməlidirlər. Hər hansı bir yanğın şübhəsi olarsa, vətəndaşlarımızdan ALO 112-yə zəng edərək yanğın barədə məlumat vermələrini istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə