Papa 2025-ci ildə İznikə gəlməyi planlaşdırır

Katolik dünyasının ruhani lideri Papa Fransisk gələn il Birinci Nikeya Şurasının 1700-cü ildönümündə Türkiyəyə səfər etmək istədiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vatikandan verilən açıqlamaya görə, Papa bu istəyini İstanbuldan gələn Fənər Rum Patriarxlığı heyəti ilə bölüşərək "Bu, bütün qəlbimlə həyata keçirmək istədiyim bir səfərdir" deyib.

Nikea Şurası xristianlar üçün böyük əhəmiyyət kəsb edir. Bu ilin sentyabr ayında bəzi Asiya və Okeaniya ölkələrinə səfəri planlaşdırılan Papa daha sonra Brüssel və Lüksemburqa 4 günlük qastrol səfərinə gedəcək. 87 yaşlı Papa əlil arabasının köməyi ilə proqramlarını qismən davam etdirə bilər. Türkiyəyə ilk səfər edən Papa 1967-ci ildə VI Pavel olub. II İohann Pavel 1979-cu ildə, XVI Benedikt 2006-cı ildə, nəhayət, 2014-cü ildə Papa Fransisk Türkiyəyə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə