Ukrayna Krımda mühüm kommunikasiya mərkəzini VURDU

Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımda Rusiya Kosmik İzləmə və Kommunikasiya Mərkəzini məhv edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" hesabında məlumat paylaşılıb. "Bu, işğalçılar üçün peyk rabitəsi və naviqasiya sistemində mühüm hərbi komponentdir", - MN qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə