Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Şımkənt şəhərində Qazaxıstanın ən böyük stadionunun tikintisinə start verilib. SİA Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, 35 min nəfərin yerləşəcəyi yeni arenanın sahəsi 21 hektar olacaq. Stadionun tikintisinin 2026-cı ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır.

Hazırda Şımkəntdə yalnız 1969-cu ildə istismara verilmiş 18 min yerlik "Mərkəzi" stadion mövcuddur. Qazaxıstanda ən böyük stadion 30 min tamaşaçı tutumuna malik "Astana Arena"dır.

Bütün xəbərlər Facebook səhifəmizdə