Boliviya prezidenti çevriliş cəhdində iştirak edənlərin adlarını açıqlayıb

...Boliviya prezidenti Luis Arce dövlət çevrilişinə cəhdlə bağlı hərtərəfli təhqiqatın aparılmasının vacibliyini açıqlayıb.

Onun sözlərinə görə, çevrilişə cəhddə təqaüddə olan hərbçilər və mülki şəxslər iştirak ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti xəbər verir.

Deməli, Arce qeyd edib ki, çevriliş cəhdində əvvəlki hökumət dövründə xidmət etmiş təqaüdçü hərbçilər iştirak ediblər. Qeyd edək ki, çərşənbə günü yerli media hökumət binalarının yerləşdiyi La Pazın Murillo meydanında hərbi toplanışdan xəbər verib. Meydanda hərbi texnika cəmləşmişdi. Əvvəllər ordu komandiri vəzifəsindən uzaqlaşdırılan general Xuan Xose Zuniqanın rəhbərliyi altında hərbçilər zirehli transportyordan istifadə edərək prezident sarayına soxulmağa cəhd ediblər.

Boliviya lideri Luis Arce demokratiyaya hörmət etməyə çağırıb və hadisəni dövlət çevrilişinə cəhd adlandırıb.

“Radiotochka NSN” xəbər verir ki, bir sıra xarici dövlətlərin başçıları onu dəstəkləyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə