ABŞ-da seçkilər gözlənilməz dönüş yarada bilər...

“The Guardian”, Baydenin yerinə namizəd ola biləcək namizədlərin siyahısını dərc edib

...Amerika, eləcə də dünya mediasının bir çox ekspert və adi izləyiciləri ABŞ prezidenti Cozef Baydenin gələcək seçkilərdəki rəqibi Donald Trampla ilk debatdakı fəlakətli performansını müzakirə edirlər.

...Ekspertlər hesab edirlər ki, Baydendən çox şey gözlənilmirdi, lakin o, hətta bu gözləntiləri də doğrultmadı.

Əksər müşahidəçilər razılaşırlar ki, debatlar Baydenin güclü tərəfi hesab edilsə də, ikinci müddətə namizəd olmaq istəyən ABŞ-ın hazırkı prezidenti sələfindən xeyli zəif görünürdü, Tramp isə əksinə, inamlı və iddialı danışdı.

Müzakirələrə ev sahibliyi edən CNN tərəfindən aparılan sürətli sorğu göstərib ki, respondentlərin 67 faizi debatda Trampın, 33 faizi isə Baydenin qalib gəldiyinə inanır.

SİA-nın əldə etdiyi məlumata görə, Britaniyanın “The Guardian” nəşri Baydenin əvəzinə seçkilərdə iştirak edə biləcək altı nəfərin siyahısını dərc edir.

...Siyahıya 59 yaşlı vitse-prezident Harrislə yanaşı, Kaliforniya qubernatoru Qavin Nevsom (56), İllinoys ştatının qubernatoru Cey Pritzker (59), Miçiqandan olan Qretçen Uitmer (52), həmçinin Ohayo senatoru Şerrod Braun (71) və praymerizdə iştirak edən, lakin Baydenə uduzaraq yarışı tərk edən Minnesotadan olan konqresmen Din Fillips (55 yaş) daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə