Serbiya “tarixin ən etibarlı dost”undan əl çəkməyəcək...

Serbiya Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyəcək və dostunu itirməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.

Onun sözlərinə görə, Serbiyanın Avropa İttifaqına daxil olması üçün çoxsaylı şərtlərlə Rusiya əleyhinə məhdudiyyətlərin tətbiqi tələbinə əlavə edilib.

O qeyd edib ki, əgər Belqrad bununla razılaşsa və “tarixin ən etibarlı dost”undan əl çəksə, o zaman Avropa İttifaqı Serbiya Bosniya və Herseqovina Respublikasının ləğvi üçün şərt qoyacaq, sonra isə Kosovonun tanınmasını tələb edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə