Ermənistan NATO-nun sammitində iştirak etməyə razılıq verib

Qeyd edək ki, sammit Vaşinqtonda keçiriləcək

Ermənistan həqiqətən də Vaşinqtonda NATO sammitinin tərəfdaş formatı tədbirində iştirak etmək üçün dəvət alıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Yerevan artıq iştirakını təsdiqləyib.

XİN nümayəndəsi əlavə edib ki, Ermənistan nümayəndə heyəti də təşkilatın 75 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. TASS-ın Badalyana istinadən verdiyi xəbərə görə, hazırda başqa razılaşmalar yoxdur.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen arasında Bakıda görüş keçiriləcəyi barədə məlumat verilmişdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu görüşdə Azərbaycan da analoji dəvət alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə