"Rusiya orta mənzilli raketlərin istehsalını bərpa etməlidir"

Rusiya qurudan buraxılan orta və daha qısa mənzilli raketlərin istehsalını bərpa etməli və sonra onların harada yerləşdiriləcəyi ilə bağlı qərar verməlidir. Bunu cümə günü, iyunun 28-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə deyib. O, ABŞ-ın raketlərini "dünyanın müxtəlif bölgələrində" yerləşdirməsinə toxunaraq, bunun "məsələ ilə bağlı olduğunu və cavab tələb etdiyini" söylədi.

…Görünür, biz bu zərbə sistemlərinin istehsalına başlamalıyıq və sonra faktiki vəziyyətə əsaslanaraq, təhlükəsizliyimizi təmin etmək üçün lazım gələrsə, onların harada yerləşdirilməsi barədə qərar qəbul etməliyik.

SİA-nın əldə etdiyi məlumata görə, TASS agentliyi bunu Putindən sitat gətirir.

Putin, ABŞ haqqında danışarkən xatırladıb ki, ABŞ Danimarkada, eləcə də Filippində təlimlər üçün analoji raketlər gətirib. ABŞ ordusu daha əvvəl Filippində orta mənzilli raketlər üçün buraxılış qurğuları yerləşdirmək planlarını açıqlayıb və bunun regional sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib.

...Cümə günü Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə Putin Moskvanın orta və yaxın mənzilli raketləri dəqiq harada yerləşdirməyi planlaşdıra biləcəyini açıqlamayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə