Xarkovda silsilə partlayışlar baş verib

Xarkovda silsilə partlayışlar baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Public” nəşrinin regional Telegram kanalı yazıb.

Nəşr hadisənin təfərrüatlarını açıqlamır.

Dağıntı və tələfat barədə də məlumat yoxdur.

Qeyd edilməlidir ki, Rusiya Silahlı Qüvvələri vaxtaşırı Xarkovun sənaye sahələrinə zərbələr endirir.

Xüsusilə, iyunun 26-da təyyarə zavodunun ərazisində bir neçə güclü partlayış baş verib.

Cümə günü səhər Rusiya Müdafiə Nazirliyi FPV pilotsuz uçuş aparatlarının operatorlarının Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin kamuflyaj edilmiş mövqelərini məhv etdiyini bildirib.

Departamentin məlumatına görə, təkcə bu ərazidə düşmən itkiləri 15-ə qədər hərbçi həlak olub və yaralanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə