Rusiya ATƏT PA-da fəaliyyətini dayandırır..?

Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işinin dayandırılması ilə bağlı Federal Məclisin palatalarının bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.

...Biz bunu iyulun 3-də Federasiya Şurası ilə sinxron şəkildə plenar iclasda nəzərdən keçirməyi təklif edəcəyik.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

ATƏT PA Avropada təhlükəsizliyin təmin edilməsi funksiyalarını yerinə yetirməyi dayandırıb və “rusofob siyasətçilərin ruporuna” çevrilib.

Rusiya nümayəndə heyəti praktiki olaraq öz səsindən məhrum edilib; Slutski qeyd edib ki, belə şəraitdə dialoq imkanları tükənib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə