Polşa, Litva, Latviya və Estoniya Aİ-yə sərhədlə bağlı məktub göndərdilər

Polşanın PAP xəbər agentliyinin məlumatına görə ...

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqından (Aİ) Rusiya və Belarusla paylaşdıqları sərhəddə 700 kilometrlik müdafiə xətti çəkməyi xahiş ediblər.

SİA xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Aİ üzvləri Polşa, Litva, Latviya və Estoniya liderləri Avropa İttifaqının sərhədlərinin hərbi və mülki müdafiəsinə yönəlmiş müdafiə xətti ilə bağlı Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Şarl Mişele məktub göndəriblər.

Litva prezidenti Gitanas Nauseda, Polşanın Baş naziri Donald Tusk, Estoniya Baş naziri Kaja Kallas və Latviyanın Baş naziri Evika Silina tərəfindən imzalanan məktubda bu ölkələrin Rusiya və Belarusla paylaşdığı sərhəddə 700 kilometrlik müdafiə xəttinin çəkilməsi tələbi irəli sürülüb.

Məktubda bildirilir ki, layihə miqyasına və dəyərinə görə Aİ tərəfindən həm siyasi, həm də maliyyə cəhətdən dəstəklənməlidir: “Aİ sərhədinin hərbi və mülki cəhətdən qorunması üçün fövqəladə tədbirlər görülməlidir”.

Bir sıra Aİ rəsmiləri sözügedən layihənin təxminən 2,67 milyard dollara başa gələcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə