Zaporojya AES yaxınlığındakı yarımstansiyaya hücum edilib

Dörd yaşayış məntəqəsi işıqsız qalıb

Ukraynanın pilotsuz uçuş aparatları Zaporojye vilayətinin İvanovka kəndindəki yarımstansiyaya hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib. Roqovun Telegram-da yazdığı kimi, zərbə nəticəsində yarımstansiyanın avadanlıqları zədələnib.

Dörd yaşayış məntəqəsində 3300 istehlakçı elektrik enerjisi təchizatından məhrum olub.

Roqov vurğulayıb ki, İvanovka kəndi Enerqodar və Zaporojye Atom Elektrik Stansiyasından uzaqda yerləşir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Zaporojyenin Pologi şəhərinə hücumu barədə məlumat yayılmışdı.

Roqovun sözlərinə görə, Ukrayna hərbçiləri Pologini top artilleriyasından atəşə tutub.

Atışma nəticəsində ev və yardımçı tikililər dağılıb, tələfat olmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə