Cənubi Koreyadan Belarus və Rusiyaya tədarük qadağası...

Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi Belarus və Rusiyaya tədarük edilərkən ixrac nəzarətinə məruz qalan malların siyahısının genişləndirildiyini açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, siyahıya 243 maddə daxildir. Qərar rəsmi prosedurlar başa çatdıqdan sonra 2024-cü il avqustun sonunda qüvvəyə minəcək.

Qeyd olunur ki, məhdudiyyətlərə metal emalı üçün maşınlar, onlar üçün hissələr, eləcə də hərbi təyinatlı malların istehsalı üçün istifadə oluna bilən optik cihazlar daxildir.

Bu cür malların Belarus və Rusiyaya tədarükü qadağan ediləcək, lakin qərar qüvvəyə minməmişdən əvvəl müqavilələr bağlanmış və ya tədarük törəmə şirkətlərə getdiyi təqdirdə fərdi qaydada icazə almaq mümkün olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə