Dehli hava limanının damı uçub

Hindistanın paytaxtı Yeni Dehlidə güclü yağış və külək səbəbindən hava limanının damının uçması nəticəsində bir nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində daxili reyslər terminalından uçuşlar təxirə salınıb. Ölkənin ən işlək hava limanının 3 terminalından birinin boşaldıldığı və çökmə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

“Flightradar24” uçuş izləmə platformasının məlumatına görə, ən azı 10 reys ləğv edilib, 40 reys təxirə salınıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə