Avropa İttifaqında əsas vəzifələri Ursula Fon der Lyayen, Antoniu Koşta və Kaya Kallas tutacaq. İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. SİA xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri iyunun 27-də axşam Brüsseldə keçirilən sammitdə blokun əsas institutlarının yeni rəhbərlərinə səs veriblər.
Səsvermə nəticəsində Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidenti olaraq qalır, Avropa İttifaqı Şurasına Portuqaliyanın keçmiş baş naziri Antoniu Koşta, Aİ-nin xarici siyasət xidmətinə isə Estoniyanın Baş naziri Kaya Kallas başçılıq edəcək.
Onların namizədliyini təsdiq etmək üçün gücləndirilmiş kvalifikasiyalı çoxluğun dəstəyi lazım idi. Buna iki şərtin eyni vaxtda yerinə yetirilməsi ilə nail olunur: Avropa İttifaqının əhalisinin ən azı 65 %-ni təmsil edən 27 üzv ölkədən azı 20-si (72 %) təklifə səs verməlidir.
Ukraynadakı müharibə, Aİ-nin müdafiə və təhlükəsizlik və Yaxın Şərqdəki münaqişə mövzularının müzakirəsindən sonra liderlərin seçilməsi kimi incə mövzu gündəliyin ən aşağısına daşındığı üçün intriqa sammitin ilk gününün sonunadək davam edib.
İndi gələcək liderlər daha bir maneəni dəf etməlidirlər: yeni Avropa Parlamenti onların namizədliklərini və yeni Avropa komissarlarını təsdiq etməlidir. 720 yerlik yeni parlamentdə 190 yerə sahib olan Aİ-nin ən böyük siyasi bloku olan Avropa Xalq Partiyasının əksər deputatlarının Fon der Lyayeni dəstəkləyəcəyi gözlənilir, lakin onun səs çoxluğu əldə etmək üçün digər partiyaların dəstəyinə və Avropa parlamentarilərinin yarısından bir qədər çoxunun səsinə ehtiyacı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



