İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

İsveçin Kiruna şəhərindəki “Esrange” kosmik bazası Avropada peykləri orbitə buraxan ilk məkan olacaq. SİA xəbər verir ki, İsveç Kosmik Korporasiyası (Swedish Space Corporation, SSC) Amerikanın “Firefly Aerospace” kosmik şirkəti və Koreyanın “Perigee Aerospace” kosmik şirkəti ilə əməkdaşlıq müqavilələri bağlayıb.

“Biz kommersiya və müdafiə sahəsində əməkdaşlıq üçün biznes modelimizə uyğun partnyorlar axtarmaq üçün dünyanın hər yerindən raket istehsal edən şirkətlərlə əlaqə saxlayırıq. İndi tapmacanın son parçası nəhayət yerindədir”, - deyə Kirunadakı “SSC Esrange” kosmik bazasının rəhbəri Lennart Poromaa bildirib.

İsveç Kralı XVI Karl Qustav, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və hökumət nümayəndələrinin iştirak etdiyi “Esrange” kosmik bazasının açılışı 2023-cü ilin yanvarında olub.

İsveç Kosmik Korporasiyasının press-relizinə görə, peyklərin buraxılması 2025-2026-cı illərdə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə