Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

ABŞ Aerokosmik Agentliyi NASA “Space X” şirkətinə Beynəlxalq Kosmik Stansiyanı (BKS) Yer atmosferinə gətirə biləcək texnika hazırlamağı sifariş verib. SİA xəbər verir ki, müqavilənin qiyməti 843 milyon dollardır. Məhvetmə prosesi 2030-cu ildən sonraya nəzərdə tutulub.

NASA əvvəllər də bildirib ki, BKS məhv edilmək üçün Yerə yaxın məsafəyə gətirilərək okeana batırılacaq. 430 tonluq stansiyanın Yerə gətirilməsi çox güclü mühərrikə malik qurğu tələb edir. Missiya elə həyata keçirilməlidir ki, stansiya və ya onun qalıqları heç kimə zərər yetirməsin.

Bütün xəbərlər Facebook səhifəmizdə