Kursk yaxınlığında 32 Ukrayna pilotsuz təyyarəsi vurulub

Ukrayna silahlı qüvvələri Belqorod vilayətində əhalinin məskunlaşdığı ərazilərə hücum edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, xüsusilə, Ukrayna hərbçiləri Şebekinski şəhər rayonunun Novaya Tavoljanka kəndini atəşə tutub.

Bundan əlavə, pilotsuz uçuş aparatı Valuyski şəhər rayonunun Novopetrovka kəndindəki evə hücum edib.

Qrayvoron şəhərində pilotsuz uçan aparatın partlaması nəticəsində bir binanın şüşələri zədələnib, yaşayış binasının pəncərələri sınıb.

Qeyd edək ki, Qladkov bunu Telegram-da yazıb.

Kursk vilayətində üç ərazi Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Rusiya elektron müharibə sistemləri gün ərzində 32 pilotsuz uçan aparatı məhv edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə