Estoniya hər il ÜDM-nin bir hissəsini Ukraynaya ayıracaq...

Estoniya bu il Ukraynaya 100 milyon avrodan çox hərbi yardım göstərəcək.

SİA-nın əldə etdiyi məlumata görə bu, iyunun 27-də Avropa İttifaqının Brüssel sammiti çərçivəsində imzalanmış sazişin bir hissəsidir.

İkitərəfli təhlükəsizlik müqaviləsi 10 illikdir. Sənədə əsasən, Estoniya 2024-2027-ci illər ərzində Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in ən azı 0,25 faizini ayıracaq.

Kiyev qeyd edib ki, Tallin Qərb tərəfdaşları arasında ikitərəfli sazişdə ÜDM faizinin müəyyən edilməsini təklif edən ilk ölkə olub.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Avropa ölkələrinin Kiyevlə bağladığı müqavilələrdə təminatlardan bəhs edilmir.

Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, sənədlərdə yalnız Ukraynanın müttəfiqləri tərəfindən artıq görülən işlər göstərilir.

Qeyd edək ki, bunu TASS xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə