Rusiya may ayında 30 mindən çox əsgər itirib..?

...yəni orduya cəlb olunanlardan daha çox

...SİA-nın bəzi mənbələrdən əldə etdiyi məlumata görə, rusların Xarkov istiqamətdəki hücumda itkiləri daha çox olub.

Belə ki, ukraynalılar Amerika silahlarının köməyi ilə onlara ağır günlər yaşadıblar.

Yenə bəzi mənbələrin iddiasına görə, ələrin iddiasına görə, ötən ay xüsusən ruslar üçün daha qanlı olub. Belə ki, orta hesabla Rusiya ordusu hər gün 1000-dən çox ölü və yaralı itkisinə məruz qalıblar.

Qeyd edək ki, bu barədə ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin kəşfiyyat agentlikləri “The New York Times” ilə bölüşüblər.

...Britaniya kəşfiyyatı may döyüşlərini ayın ən qanlı döyüşü hesab edir və itkilərin gündə orta hesabla 1200 nəfər olduğunu təxmin edir. Beləliklə, ingilis iddiasına görə, ruslar may ayında təxminən 31-37 min əsgər itiriblər.

...Amerika rəsmilərinin fikrincə, Rusiya bu ərəfədə bu boşluğu 25-30 min nəfərlə doldurmağa davam edib.

Və bu da rus komandanlığına Ukraynanı işğal etməyə çalışan hərbi qrupun gücünü saxlamaqdan narahat olmadan əsgərləri ölümcül hücumlara davam etdirməyə imkan verib.

...Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberq “The New York Times”a müsahibəsində prezident Putinin və Moskvanın böyük irəliləyiş əldə etmək və bu yaz cəbhə xəttini keçmək üçün çox çalışdıqlarını, amma bu çalışmanın uğursuz olduğunu dilə gətirib. Onun dediyinə görə, ruslar çox az irəliləyiş əldə edib və bunun üçün çox yüksək qiymət ödəyiblər.

...Maraqlıdır ki, xarici analitiklər may ayındakı rusların itkilərini o vaxt Əfqanıstandakı müharibə zamanı ölənlərlə müqayisə edirlər. Bildirək ki, o zaman, 10 ildən çox davam edən döyüşlər nəticəsində 15 mindən bir qədər çox sovet əsgəri həlak olmuşdu.

...Amma Ukrayna müharibəsi zamanı Rusiya ordusunun təxminən 16-17 min hərbçi itirdiyi Avdeevka döyüşü ilə Əfqanıstan müharibəsini artıq “vurub” keçib.

...Deyim ki, bu da Qərb analitiklərinin iddiasıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə