Orban Zelenski ilə danışarkən görüntülənib

...Avropa İttifaqının sammiti başlamazdan əvvəl Macarıstanın baş naziri Viktor Orban Kiyev və Brüssel arasında ikitərəfli təhlükəsizlik sənədinin imzalanması üçün tədbirdə iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski ilə təxminən bir dəqiqə danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, həmin an Avropa Komissiyasının saytında yayımlanan kadrlarda əks olunub.

Kadrlarda Orbanın Zelenskiyə yaxınlaşaraq salamlaşdığı və daha sonra onunla bir dəqiqəyə yaxın danışdığı görünür. Onların toxunduqları mövzular naməlum olaraq qaldı.

Ukraynanın baş nazirinin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bir müddət əvvəl Kiyevin Avropa İttifaqına üzvlük naminə Macarıstanın milli azlıqların hüquqları ilə bağlı tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna bu məsələ ilə bağlı Budapeştlə ikitərəfli məsləhətləşmələri davam etdirməyə hazırdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə