Zelenski Belarusun Aİ-yə üzv olmasına icazə verdi

Vladimir Zelenski deyib ki, Avropa doğru zamanda düzgün qərar vermək qabiliyyətini sübut edib.

Ukrayna lideri Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını belə qiymətləndirib.

Qeyd edək ki, Zelenski Avropa İttifaqı sammiti üçün Brüsselə gəlib. O, artıq Avropa İttifaqından Ukraynaya təhlükəsizlik zəmanəti haqqında saziş imzalayıb.

Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqların başlanmasına görə Avropa liderlərinə təşəkkür edən Ukrayna prezidenti xatırladıb ki, Gürcüstan və Moldova da tezliklə Avropa İttifaqı ilə danışıqlara başlamalıdır.

Bundan əlavə, Zelenski Belarusla bağlı Brüsseldə də oxşar qərarın veriləcəyinə əmin olduğunu bildirib.

Ukrayna liderinin fikrincə, belaruslar həm də Avropanın gələcəyi olan Avropa xalqıdır.

Bunu “Avropa həqiqəti” yazır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə