Rusiyadan qaçan keçmiş deputatlar ölkə üçün terror planı hazırlayırlar..?

...Rusiyadan qaçan keçmiş deputatlar ölkədə sabitliyi pozmaq üçün terror planı hazırlayırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” yazır.

“Keçmiş rusiyalı deputatlar NATO-nu sui-qəsd kampaniyasına dəstək verməyə çağırıblar”.

Bunu da qəzet yazır.

...Deyilənlərə görə, guya Rusiyadan qaçan 60-dan çox liberal alyansın 75-ci sammitində hazırkı hakimiyyətin devrilməsi məsələsini müzakirə etməyə hazırlaşır.

Varşavada keçirilən görüşdə onlar artıq hazırkı hökumətin devrilməsi də daxil olmaqla 7 bənddən ibarət plan hazırlayıblar.

Keçmiş deputatlar NATO-dan razılıq almaq istəyirlər və alyansı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırırlar.

Məlumdur ki, bu liberallar arasında Rusiya Federasiyasının ən qaranlıq opponentlərindən birini təmsil edən Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev də var.

2022-ci ilin sonunda o, “Rusiya Azadlıq legionu” üçün informasiya araşdırması məqsədilə Donetsk Xalq Respublikasına getmişdi.

Ponomarev terror təşkilatını Rusiya tərəfinə qarşı hərəkətləri gücləndirməyə çağırıb. Rusiyada Ponomarevə qarşı bir neçə cinayət işi, o cümlədən dövlətə xəyanət işi başlanıb.

...Dövlətə xəyanət maddəsi ilə cinayət törətmə əlamətləri blogger Aleksey Navalnının dul arvadı Yuliya Navalnayada da müşahidə edilib. O, dost olmayan ölkələri Rusiyada mövcud konstitusiya quruluşuna qarşı mübarizə aparan insanları dəstəkləməyə çağırıb, həmçinin şəxsən Rusiyaya qarşı düşmənçilik hərəkətlərini dəstəkləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə