Simonyan latviyalı həmkarına rusları Ermənistandan çıxardıqlarını deyib

...Rusiya hərbçiləri Ermənistanı tədricən tərk edir.

SİA-nın əldə etdiyi məlumata görə, Latviya Seyminin spikeri Daiga Mierina bildirib ki, bu məlumatı Ermənistan parlamentinin sədri Alen Simonyan onunla bölüşüb.

...Latviya parlamentarisinin sözlərinə görə, görüşdə Ermənistanın Avropa İttifaqına doğru getdiyi və buna görə də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq istəməsi müzakirə olunub.

...Respublikanın KTMT-də iştirakının dondurulması 2024-cü ilin fevralında İrəvanda elan edilib. Ermənistan hakimiyyəti bunu onunla izah edib ki, bu təşkilat - xüsusən də Rusiya 2020 və 2023-cü illərdə Azərbaycanla münaqişənin kəskinləşməsindən sonra guya öz öhdəliklərini yerinə yetirməyib.

May ayında İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarının demarkasiya xəttindən çıxarılması xahişi ilə Rusiya tərəfinə üz tutub.

Ermənistan həmçinin Moskvadan Rusiya sərhədçilərini Yerevanın Zvartnots hava limanından çıxarmağı tələb edib.

RİA Novosti xəbər verir ki, Ermənistan ərazisində bu bölmələrdən əlavə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və İrəvandakı Erebuni aviabazaları yerləşdirilib.

...Və Alen Simonyan onların da “bala-bala” Ermənistandan çıxarılacağını deyib?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə