Kiyevin təhlükəsizlik zəmanəti haqqında saziş imzalanıb

Avropa İttifaqı Ukrayna ilə Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş bağlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski bu sənədi imzalamaq üçün xüsusi olaraq Brüsselə gəlib.

Razılaşma hazırda Avropa paytaxtında keçirilən Avropa İttifaqının iki günlük sammiti çərçivəsində imzalanıb.

TASS xəbər verir ki, forumun gündəliyinə, xüsusilə, Ukraynadakı münaqişə və bununla bağlı bütün məsələlər daxildir.

Brüsselə gələn Zelenski bildirib ki, döyüş meydanında itkilər çox olduğundan Rusiya ilə münaqişəni uzatmaq istəmir. Bununla bağlı o, sülh yolu ilə nizamlanma planı hazırlamağı planlaşdırır və onun hazırladığı “sülh formuluna” uyğun olaraq ikinci sammitə qədər hazırlanacağına ümid edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə