Yəmən sahillərində batan qayıqda 56 nəfər ölüb

Qəzada həyatını itirənlərin əksəriyyətinin 15-25 yaş arası gənclər olduğu bildirilib

Yəmən sahillərində batan qayıqda 56 miqrant ölüb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında iyunun 10-da Yəmənin cənubundakı Şəbva şəhəri sahillərində 260 miqrantı aparan qayığın çevrilməsi ilə bağlı yenilənmiş məlumat paylaşılıb. Buna əsasən, qəzada ölənlərin sayı 56-ya yüksəlib, 129 nəfərin isə itkin düşdüyü qeyd edilib. Tədqiqatın nəticələrinə görə, güclü külək üzündən qayıq su ilə dolaraq çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, qəzadan sağ çıxanların ifadələrinin də yer aldığı hesabatda həyatını itirənlərin əksəriyyətinin 15-25 yaş arası gənclər olduğu bildirilib.

Beynəlxalq Miqrasiya Təşkilatı iyunun 10-da Yəmən sahillərində qayığın batması nəticəsində 49 miqrantın öldüyü, 140 nəfərinsə isə itkin düşdüyünü açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə