Müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Aşqabada səfər edib, burada onu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qəbul edib. SİA Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə nazirinin səfəri türkmənistanlı həmkarı Begenç Gündoqdıyevin dəvəti ilə təşkil edilib.

Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti və Türkmənistan xalqının Milli lideri, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında da görüş keçirilib.

Bundan əlavə, iki türk dövlətinin müdafiə nazirlikləri rəhbərlərinin arasında da danışıqlar aparılıb, əməkdaşlığın perspektivləri məsələləri müzakirə olunub.

Yaşar Güler, həmçinin Türkmənistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə