İstanbulda 10 əcnəbi saxlanıldı

İstanbulda 10 əcnəbi saxlanıldı

Türkiyə polisi İstanbulda "İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən on əcnəbini saxlayıb. SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“İstanbulun 7 rayonunda 17 ünvanda dövlət üçün təhlükə törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib”, - deyə agentlik məlumat yayıb.

Polisin tədbirləri nəticəsində on əcnəbi saxlanılıb, barələrində istintaq-əməliyyat tədbirləri başlanılıb. Şübhəlilərin milliyyəti açıqlanmır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya daha əvvəl il ərzində 6 vilayətdə İŞİD-lə əlaqədə şübhəli bilinən 3,5 mindən çox şəxsin saxlanıldığını açıqlamışdı.

Oxşar əməliyyatlar Türkiyədə mütəmadi olaraq həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə