Solovyev canlı yayımda Putinə qarşı çıxıb..?

...Rus təbliğatçısı Vladimir Solovyov "Rossiya-1" dövlət kanalında istefada olan general-leytenant Yevgeni Bujinski ilə mübahisə edərək Putinin nüvə doktrinasını şübhə altına alıb..?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Newsweek yazır.

Qeyd olunur ki, Solovyov Bujinskidən Moskvanın niyə Ukraynanın zərbələrinə nüvə silahı ilə cavab vermədiyini soruşub.

...Putin bizim mövqeyimizi bildirdi ki, hələlik qabaqlayıcı və ya nümayiş etdirici hücumlara ehtiyac yoxdur. Biz bundan yararlanmalı olacağıq, ancaq dövlətimizin mövcudluğu nöqteyi-nəzərindən qeyri-adi bir şey baş verərsə...

Deməli, bunu Yevgeni Bujinski deyib.

Amma Solovyev isterik şəkildə bu mövqeyə etiraz edib.

...Biz fövqəladə bir şeyin nə vaxt olacağını necə biləcəyik? Əvvəllər Belqoroda zərbə endirmək və dinc əhalinin ölümü fövqəladə olardı. Qeyri-adi nədir? Nisbətən yaxınlarda Kremlə pilotsuz təyyarə zərbəsi. Bu qeyri-adi deyilmi?.

Solovyevun dediklərinə cavab olaraq Bujinski,..Rusiya Federasiyasının nüvə silahından çəkindirmə sahəsində siyasətinin əsasları nüvə silahından istifadə edə biləcəyimiz bütün halları ehtiva edir,- deyə bildirib.

...Bu şeylərdən biri cavab zərbəsində bizim imkanlarımızdan istifadə etməyə meydan oxuyan, daha doğrusu, qarşısını alan dövlət və hərbi hökumətləri hədəf almaqdır.

Bunu da Bujinski əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə