Pakistanda 500-dən çox adam ölüb

Pakistanın cənubunda temperatur yüksəldikcə, ölənlərin sayı da artır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanda həddindən artıq istilər nəticəsində altı gündə 500-dən çox adam ölüb. Təcili yardım xidməti bildirib ki, adətən gündə 30-40 nəfər Kəraçi şəhər meyitxanasına aparılır. Bununla belə, son altı gündə təxminən 568 ölü gətirilib. Bu rəqəm təkcə çərşənbə axşamı günü 141 olub. Lakin hər ölümün dəqiq səbəbini söyləməyin hələlik tez olduğu bildirilib. Bununla belə, Kəraçidə temperaturun 40 dərəcədən yuxarı qalxması və hiss olunan temperaturun 49 dərəcəyə yüksəlməsi səbəbindən ölənlərin sayının artdığı bildirilir.

Təcili xidmət rəhbəri dr.İmran Sərvər Şeyx bildirib ki, isti insultdan əziyyət çəkən 267 nəfər Kəraçi Mülki Xəstəxanasına bazar və çərşənbə günləri arasında gəlib,12 nəfər həyatını itirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə