Husilər İsrail gəmisinə ilk dəfə hipersəs raketilə zərbə endirdilər

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Ərəb dənizində "MSC Sarah V" gəmisinə hücum etmək üçün ilk dəfə hipersəs raketindən istifadə ediblər. SİA xəbər verir ki, bu açıqlama ilə husilərin hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib. "Yəmən silahlı qüvvələri Ərəb dənizində İsrailin "MSC Sarah V" gəmisini vuran raketin xüsusiyyətlərini ilk dəfə açıqlayıb. Bu, yerli istehsal olan, qabaqcıl texnologiyalarla təchiz edilmiş və hədəfləri maksimum dəqiqliklə vurmağa qadir olan hipersəs raketidir", - deyə Y.Səriya öz "Telegram" kanalında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə