Qəzzada ölənlərin sayı 37 718-ə yüksəldi

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda can itkisi 37 718-ə yüksəlib. SİA xəbər verir ki, İsrail ordusu Qəzza zolağında 264 gündür ki, hücumlarını davam etdirir. Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi 4 hücumda 60 nəfərin həyatını itirdiyi, 140 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada oktyabrın 7-dən bu yana həyata keçirilən hücumlarda həyatını itirənlərin sayının 37 718-ə, yaralı sayının isə 86 377-yə yüksəldiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə