Zelenski ingilis dili haqqında qanunu imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ingilis dilinin fəaliyyət göstərməsi haqqında qanunu imzalayıb. SİA xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında yerləşdirilib.

Qeyd olunub ki, Zelenski ingilis dilinin fəaliyyəti ilə bağlı qanun layihəsini təxminən bir il əvvəl Radaya təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü yalnız bu il iyunun 4-də ikinci oxunuşda qəbul edib. Sənəd ingilis dilinin Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri statusunu almasını nəzərdə tutur.

Qanuna əsasən, indi Ukraynada məmurlar, müqavilə əsasında xidmət edən hərbi qulluqçular, orta və yüksək rütbəli polis zabitləri və digərləri ingilis dilini bilməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə