Belarusa qarşı yeni sanksiyalar paketi...

...Avropa İttifaqı ölkələrinin Avropa Şurasındakı səfirləri Belarusa qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Belçikanın Avropa İttifaqına sədrliyi məlumat yayıb.

...Avropa İttifaqı səfirləri Belarusa qarşı yeni sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu paket Rusiyanın Ukraynaya müdaxiləsinə, o cümlədən sanksiyalardan yayınmaya qarşı mübarizəmizi gücləndirəcək.

Bunu sədrlik bildirib.

İndi sanksiyalar paketi rəsmi olaraq Avropa Şurası tərəfindən təsdiqlənməlidir.

İyunun 27-28-də Aİ liderləri növbəti sammit üçün bir araya gələcəklər.

Xatırladaq ki, hazırda Avropa İttifaqının rəsmi Minskə qarşı səkkiz sanksiya paketi mövcuddur ki, onlardan sonuncusu 2023-cü ilin avqustunda qəbul edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə