Bəşər Əsədin həbsinə dair order qüvvədə saxlanılıb...

Paris Apellyasiya Məhkəməsi Suriya prezidenti Bəşər Əsədə qarşı beynəlxalq həbs qərarının qüvvədə qaldığını təsdiqləyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AP vəkillərə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Fransa Bəşər Əsəd, onun qardaşı 4-cü zirehli diviziyanın komandiri Maher Əsəd və iki suriyalı general Qassan Abbas və Bassam əl-Həsanın hərbi cinayətlərdə iştirakı ehtimalına görə beynəlxalq həbs qərarı verib.

Söhbət 2013-cü ildə Duma və Şərqi Quta şəhərlərinə müxalifətin keçirdiyi kimyəvi hücumdan gedir.

AP-ın yazdığına görə, həmən vaxt 1000-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Fransada Suriya prezidentinə qarşı şikayət edən iddiaçıların və qeyri-hökumət təşkilatlarının nümayəndələri həbs qərarı verilməsini “tarixi hökm” və “cəzasızlıqla mübarizədə irəliyə doğru atılmış nəhəng addım” adlandırıblar.

AP-nin məlumatına görə, may ayında Fransanın antiterror prokurorları Paris Apellyasiya Məhkəməsindən Əsədin həbsinə dair orderin ləğvi ilə bağlı qərar verməsini istəyib. Onun hazırkı dövlət başçısı kimi mütləq toxunulmazlığının olduğunu bildirdilər.

...Bu, ilk dəfədir ki, milli məhkəmə hazırkı dövlət başçısının şəxsi toxunulmazlığının mütləq olmadığını tanıyır.

Bunu vəkillər qeyd ediblər.

Yeri gəlmiçkən, Suriya 2013-cü ildə imzalanmış razılaşmaya əsasən kimyəvi silah arsenalından xilas olduğunu bildirir. Lakin o vaxtdan bəri müşahidəçi qruplar Suriya hökumət qüvvələrinin kimyəvi hücumları barədə məlumat verməyə davam edir.

Bunu da AP yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə