AŞPA Rusiya üçün xüsusi tribunal yaradır..?

...Avropa Şurası Parlament Assambleyası - AŞPA çərşənbə günü, iyunun 26-da “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və insan haqları aspektləri” adlı qətnamə qəbul edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu qətnamədə Rusiya üçün xüsusi tribunal yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu barədə RBC-Ukrayna AŞPA-nın mətbuat xidmətinə və xalq deputatı Aleksey Qonçarenkonun Teleqramına istinadən məlumat yayıb.

...AŞPA Rusiya üçün xüsusi tribunalın yaradılması ilə bağlı “Rusiya Federasiyasının Ukraynaya təcavüzünün hüquqi və insan haqları aspektləri” adlı qətnamə qəbul edib.

Bunu Qonçarenko bildirib.

Qətnamədə Avropa Şurası ilə Ukrayna arasında razılaşma əsasında Rusiya üçün xüsusi tribunal yaradılması təklif edilir.

Bundan əlavə, sənəddə hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edilməsinin zəruriliyindən danışılır.

Qətnamə həm də AŞPA-nı “Vaqner” PMC-ni terror təşkilatı kimi tanımağa çağırır.

AŞPA qətnaməni təsdiqləyərkən bildirib ki, Avropa Şurası ilə Ukrayna arasında razılaşma əsasında yaradılmış xüsusi tribunal hazırda Rusiyanın siyasi və hərbi rəhbərliyini təcavüz cinayəti törətdiyinə görə təqib etmək üçün “hüquqi baza və siyasi legitimlik baxımından ən yaxşı variantdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə