Vaşinqton Asiyanın Rusiyaya meyl etməsindən narahatdır

Asiya ölkələri öz istiqamətlərini müəyyənləşdirirlər...

...Bu arada Bloomberg yazır ki, Hindistandan İndoneziyaya qədər dövlətlər Qərbdən getdikcə daha az asılı olur və Rusiya, eləcə də Çinlə əlaqələr qururlar.

SİA-nın əldə etdiyi məlumata görə, nəşr xatırladır ki, ötən həftə Malayziyanın baş naziri Ənvər İbrahim ölkənin BRİKS-ə qoşulmasında maraqlı olduğunu bəyan edib.

İqtisadi blok yanvar ayında Qlobal Cənubun digər ölkələri - İran, Efiopiya, Misir və Birləşmiş Ərəb Əmirliklərini əhatə etməklə genişlənib.

Müəlliflər vurğulayırlar ki, BRİKS hazırda dünya əhalisinin 42 faizini və qlobal ÜDM-in 36 faizini təşkil edir.

…BRİKS bu il ikiqat artıb. Və bu, təkcə maliyyəyə çıxışın təmin edilməsi ilə bağlı deyil. Ölkələri Vaşinqton və ya Qərbin rəğbətini qazanmadan hərəkət etmək imkanı cəlb edir. Yeri gəlmişkən, Vyetnam, İndoneziya və Tailand da bloka qoşulmaq imkanını nəzərdən keçirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə