Tramp seçkilərdə qalib gələcəyi təqdirdə söz verib

Vladimir Putin “Baydenə hörmət etmir”..?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiyada casusluqda ittiham olunan amerikalı jurnalist Evan Qerşkoviçi vətənə qaytaracağına söz verib. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Qerşkoviçi vəzifəyə başlamazdan əvvəl azad edəcəyini bildirib.

...Qorxma Evan, mən səni tezliklə evə çatdıracağam və orada olanda təhlükəsiz olacaqsan, - deyən Trampın sözlərinə görə, hazırkı prezident Cozef Bayden “düzgün heç nə edə bilməz”, Rusiya lideri Vladimir Putin isə “ona hörmət etmir”.

Xatırladaq ki, Qerşkoviç martın 29-da Yekaterinburqda ABŞ-ın maraqları naminə casusluqda şübhəli bilindiyi üçün saxlanılıb. Onu 20 ilə qədər həbs gözləyir. Jurnalistin özü ittihamları rədd edir. ABŞ Qerşkoviçin azad edilməsi üçün Rusiya Federasiyası ilə mübadilə sazişi üzərində razılığa gəlməyə çalışır, lakin hələlik heç bir nəticə yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə