Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb

Bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Yaponiya Şimali Koreyanın növbəti dəfə ballistik raket buraxdığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Yaponiya Nazirlər Kabinetinin “təcili xəbərdarlıq” başlığı ilə yaydığı bəyanatda Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket buraxdığı bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, sözügedən ballistik raket Yaponiyanın iqtisadi zonasından kənardakı sahillərə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə