Rusiya Qəhrəmanı qətlə görə 11 il həbs cəzası alıb

Polkovnik-leytenant Maqasumov Luqanskda rütbəsini alması şərəfinə keçirilən bayram tədbiri zamanı qızı öldürüb

...“Luqansk Xalq Respublikası”nın hərbi “məhkəməsi” Müdafiə Nazirliyinin 74-cü əlahiddə motoatıcı briqadasının komandirinin müavini, Rusiya Qəhrəmanı İrek Maqasumovu 11 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu onun vəkili Konstantin Elfimov “Kommersant”a bildirib.

Qeyd edilir ki, Maqasumov adam öldürmə və xuliqanlıq maddələri ilə təqsirli bilinib.

Zabit Rusiya Qəhrəmanı titulundan məhrum edilib, lakin polkovnik-leytenant rütbəsi saxlanılıb.

İttiham tərəfi onun bütün rütbələrindən məhrum edilməsini və adam öldürmə ittihamı ilə on il, xuliqanlıq ittihamı ilə daha üç il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Maqasumov Rusiya Qəhrəmanı adını ötən il avqustun 2-də Rusiya prezidenti Vladimir Putindən alıb. Zabitin mühakimə olunduğu qətl hadisəsi həmin il avqustun 11-də Luqanskda baş verib. İstintaqın məlumatına görə, Maqasumov rütbə almasını kapitanlar Pavel Yaskeviç və Artur Puzankeviçlə birlikdə qeyd edib.

...Və daha sonra onlara iki qız qoşulub, onlardan biri ondan tapança atmağa icazə verməsini istəyib. O, müəssisənin yaxınlığındakı parkda iki dəfə atəş açıb, üçüncü güllə onun sinəsinə dəyib.

Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn yazıb ki, Maqasumov 2023-cü ilin avqustundan istintaq təcridxanasındadır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə