Ərdoğan NATO-nun yeni baş katibi ilə telefonda danışdı

Mark Rutte Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi seçilən Mark Rutte ilə telefonda danışıb.

SİA türk saytlarına istinadən xəbər verir ki, Prezident Administrasiyası İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilən məlumata görə, Ərdoğan Rutteyə yeni vəzifəsində uğurlar arzulayıb.

Mark Rutte həmçinin R.T. Ərdoğana verdiyi dəstəyə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə