“Ermənistan hakimiyyəti öz xalqını aşağılayır...”

Departament Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarına cavab verib

Ermənistan hakimiyyəti Rusiyanın guya Dağlıq Qarabağı Azərbaycana “verdiyini” bildirməklə öz xalqını aşağıladı. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını şərh edib.

Xatırladaq ki, Qriqoryan əvvəllər Moskvanı guya Dağlıq Qarabağı Azərbaycana “verməkdə” ittiham edib.

“RİA Novosti” Zaxarovaya istinadən xəbər verir ki, Qriqoryan kimi fiqurlar hakimiyyətin nümayəndəsi olmaqla öz xalqını öz bəyanatları ilə aşağılayırlar.

Diplomat təəccüblənib ki, Ermənistan vətəndaşlarının xatirəsinə bu qədər kinli şəkildə xəyanət etmək və onların “şücaətini” necə “boşa çıxarmaq” olar?

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ermənistanın hazırkı hakimiyyətini kənardan qidalanan müvəqqəti işçilər adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə