Nigerdə əsgərlər pusquya düşüb - 21 nəfər ölüb

Nigerdə Burkina Faso sərhədi yaxınlığında əsgərlər üçün pusqu qurulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, vurulan əsgərlərdən 21-i həyatını itirib.

Niger rəhbərliyindən verilən açıqlamada, dünən Burkina Faso sərhədi yaxınlığında əsgərlərin bir qrup tərəfindən hücuma məruz qaldığı bildirilib. Hadisədə ən azı 21 əsgərin həlak olduğu bildirilsə də, hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə