Gürcüstanda müxalif Vahid Milli Hərəkat Partiyasının ofisinə gecə hücum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, rayon təşkilatının sədri David Xomeriki hadisə haqqında məlumat verib.
O bildirib ki, binanın şüşələri sındırılıb. Pəncərələr ikiqat şüşəlidir, ona görə də hava şəraitinin təsiri ola bilməz.
D. Xomeriki: “Bura mərkəzi küçədir, hər yerdə kameralar quraşdırılıb, bunu kimin etdiyini görmək çətin olmayacaq, amma araşdırmaya ümidim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə