42 əsgər Qəzzada döyüşməkdən imtina edib

İsrail ordusunda xidmət edən ehtiyatda olan 42 əsgər Qəzzaya hücumlar başlayandan bəri ilk dəfə olaraq hərbi xidmətlərini yerinə yetirməkdən imtina ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, yazdıqları məktubda “Biz hərbi xidmətə qayıtmayacağıq” deyiblər.

İsrail Qəzzada döyüşmək üçün əsgər tapmaqda çətinlik çəkir. Çoxlu şəhid verən və gözlənildiyindən daha uzun müddət Qəzzada olan İsrail ehtiyat əsgərlərdən də məyus olub.

Bildirilib ki, məktubu imzalayan əsgərlərdən 16-sı ordunun kəşfiyyat bölməsində, 7-si Daxili Qoşunlar Komandanlığında, 2-si xüsusi təyinatlı birləşmələrdə, qalanları isə zirehli birləşmələrdə, mühəndis və piyada bölmələrində ehtiyatda olan hərbçi kimi xidmət ediblər.

Onlardan 10 nəfərinin tam adları, qalanlarının isə adlarının ilk hərfi ilə imzaladığı məktubda “Müharibədə iştirak etdiyimiz altı ay bizə sübut etdi ki, təkcə hərbi əməliyyatlar qaçırılan insanları geri qaytarmayacaq (İsrailli əsirlər). Münasibətimizin bədəlini ödəsək də, Qəzzada hərbi xidmətə qayıtmayacağıq” - deyə bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə