ABŞ-ın sualtı pilotsuz təyyarəsi üzə çıxıb

ABŞ-ın yenicə hazırladığı və çox məxfi kimi təsnif edilən sualtı pilotsuz uçan aparatı "Google"un xəritələr tətbiqi sayəsində üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, diqqətli "Google Xəritə" istifadəçiləri pilotsuz təyyarənin "Manta Ray" adlı peyk fotosunu görüblər.

Kaliforniyadakı Port Hueneme dəniz bazasına yerləşdirilən pilotsuz təyyarəni göstərən peyk fotoşəkilləri sosial mediada yayıldıqdan qısa müddət sonra saytdan silinib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun mənzilli sualtı silahların inkişaf etdirilməsi layihəsi çərçivəsində "Northrop Grumman" şirkəti tərəfindən istehsal edilən Manta Ray yanacaq doldurmadan çox uzun müddət dənizin dibində qala bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə