Bingöldə 4 ballıq zəlzələ baş verdi

Türkiyənin Bingöl vilayətində zəlzələ olub. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Karlıova rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 11.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə