ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

İlk dəfə ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı baş tutub. SiA-nın ABŞ Müdafiə Departamentinə istinadən verdiyi məlumata görə, iyunun 25-də müdafiə katibi Lloyd Ostin ilk dəfə Rusiya müdafiə naziri Andrey Belousovla telefonla danışıb. Danışıq zamanı Pentaqon rəhbəri Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda kommunikasiyanın saxlanmasının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə