Rusların Voronej bölgəsindəki sursat anbarına zərbə endirilib...

Anbar keçmiş fermanın ərazisində yerləşirmiş...

Ukrayna kəşfiyyatçıları dünən, iyunun 25-də Voronej vilayətində silah-sursat anbarına zərbələr endiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə peyk görüntüləri yayımlanıb.

Qeyd edək ki, bu barədə “Krym.Realii” Telegram-da məlumat yayıb.

Nəşrin dərc etdiyi peyk təsvirində Voronej vilayətinin Olxovatka şəhərindəki sursat anbarında baş verən yanğını görmək olar.

Fotoda ən azı 2 yanğın var. Jurnalistlər qeyd edirlər ki, bu, çərşənbə axşamı gecə iki pilotsuz təyyarənin hücumundan şikayət edən yerli sakinlərin məlumatlarına uyğundur.

Ruslar keçmiş fermanın ərazisində anbar qurublar.

Onu da qeyd edək ki, Olxovatskidə baş verən partlayışı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də təsdiqləyib.

O qeyd edib ki, orada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə